dayaq.az

Baxılıb : 1826 dəfə

24.06.2016 tarixində adının vurğulanmasını istəməyən iki xeyriyyəçi insan tərəfindən himayəmizdə olan ailələrə iftar qonaqlığı verildi. Ailələrimizin adından və də öz adımızdan xeyriyyəçi dostlarımıza çox təşəkkür edirik. Həmçinin balaca Yağmurun doğum günü olduğundan onun da ad gününü qeyd etdik. Biz də Dayaq kollektivi adından Yağmur balamızı təbrik edir, ona gözəl, sağlıqlı ömür, vətəninə, ailəsinə layiqli övlad olmağı diləyirik. Həm ailələrimiz, həm də Yağmur və digər balacalar iftarda və doğum günündə çox sevindilər. Nə xoşdur bizə ki, insanların gülümsəməsinə, sevincinə vasitəçi və səbəbkar oluruq.