dayaq.az

Baxılıb : 1870 dəfə

Yeni ilə yeni uğurlarla keçmək diləyi və məqsədi ilə köhnə aksiyamiz olan " Stomatoloji Dayaq" layihəmizə start verdik. Layihəmiz davam edir. Himayəmizdə olan ailələrdən Arzu xanımın dişlərinin müayinə və müalicəsi haqqında məlumatımız: belə ki, Arzu xanımın dişlərində olan problemin aradan qalxmasını Dr. Elnur Rzayev öz öhdəsinə götürmüşdür. Xanımın agız boşlüğu müayinə olunduqdan sonra, onun 20 dişi müalicə olundu, 1 bugel protez və 20 keramika diş düzəldi. Bütün bu işlərdə texniklərimiz Elnur Səmədov və Röyal Səlimov yardımçı oldular. " Stomatoloji Dayaq" layihəmizdə könüllü və təmənnasız olaraq iştirak etdikləri üçün Dr. Elnur Rzayev başda olmaqla texniklər Elnur Səmədov və Röyal Səlimova " Dayaq Könüllülər Klubu" adindan öz dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun!