Baxılıb : 1848 dəfə
Və Mart ayı üçün "Aylıq Yardım" aksiyamızdan məlumat:
Dayaq Könüllülər Klubu olaraq ailələrə hər ay ərzaq yardımı etmək məqsədilə xeyriyyəçi insanların və könüllülərimizin dəstəyi üzrə həyata keçirtdiyimiz kompaniyamız (hər ay 10 yaxud 20 azn dəyərində dəstək ) davam edir. Mart ayı üçün nəzərdə tutulmuş bu yardım aksiyamız uğurla nəticələndi. Belə ki, sizlərin etdiyi 10 və 20 azn dəyərindəki yardımların hesabına bayram ərəfəsində 1560 azn dəyərində ərzaq alınaraq 50 ehtiyaclı ailəmizə paylar paylanıldı. Ailələrimizə bayram günündə sevinc bəxş etdiyiniz üçün həm onların adından, həm də Dayaq adından sizlərə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun!
Bir çox təbəssümə vasitəçi olacağınız gözəl günlər və yaxşılıqlar diləyirik
:)













