dayaq.az

Baxılıb : 1685 dəfə

"Stomatoloji Dayaq" Layihəsi davam edir...

Himayəmizdəki ailələrdən olan Elnarə xanımın dişlərinin müalicəsi haqqında məlumat : Elnarə xanımın dişləri Dr. Bəxtiyar Əliyev tərəfindən müayinə olunduqdan sonra onun alt çənəsində 7 metal keramika, 7 kanal müalicəsi, 7 plomb və bugel protez , üst çənəsində isə frontal bölgədə osteogingivektomiya, 4 kanal müalicəsi, 4 ştift, 4 plomb, 4 müvəqqəti qapaq və 4 metal keramika düzəldilərək dişləri müalicə olundu. Layihəmizdə könüllü olaraq iştirakçı olan Dr. Bəxtiyar Əliyevə və dişlərin hazırlanmasında texniki yöndən çalışan texnik Fazil Abdullayevə Elnarə xanımın dişlərindəki problemləri həll etdi.
Dayaq Könüllülər Klubu adından və Elnarə xanımın adından Dr. Bəxtiyar Əliyevə və texnikimiz Fazil Abdullayevə öz dərin minnətdarlığımızı bildiririk.

Dəstəyiniz üçün çox təşəkkür edirik hər birinizə!