dayaq.az

Baxılıb : 1643 dəfə

Dayaq Könüllülər Klubu 28 -29 oktyabrda Ə.Əliyeva adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda təşkil olunmuş EstePerio 2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresində iştirak etdi. İştirak zamanı könüllülərimiz DKK - nın məqsədi, bu günə kimi gördüyümüz fəaliyyətlər, layihələr haqqında iştirakçılara məlumat verdilər. Konqres boyunca təhsil haqqını ödəməkdə əziyyət çəkən ailələrimizdən biri Şəbnəm Əhmədovanın rəsim əsərlərinin satışı həyata keçirildi. Nəticədə satışdan toplanan 130 azn Şəbnəm Əhmədovaya təqdim olundu. Əldə edilən digər yardımlar isə ailələrimizə yönəldildi.

Dayaq Könüllülər Klubunun bu konqresde iştirakını təşkil edən Təşkilat Komitəsinin sədri, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Uzman Doktor Cavid Əhmədbəyliyə, digər təşkilatçılara və əziyyəti keçən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk. Təşəkkürlər !