dayaq.az

Baxılıb : 1924 dəfə

Xeyirsevər dostların dəstəyi ilə ehtiyaclı ailələrə ərzaq yardımlarımız icra olunmaqdadır. Hər ay olduğu kimi, bu ay da nəzərdə tutduğumuz ərzaqlarımız Dayaq könüllüləri tərəfindən himayəmizdəki ailələrə paylandı. Aztəminatlı ailələri sevindirməyə yenidən müvəffəq olan " Dayaq Könüllülər Klubu "- nun üzvləri öz missiyalarını yerinə yetirmək üçün səfərbər olub öhdəliklərinə düşən işi laiqincə yerinə yetirdilər. Hər bir kəsi aksiyamıza dəstək olmağa səsləyirik və əziyyəti keçən şəxslərə öz dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun!