Baxılıb : 2098 dəfə
" Dayaq Könüllülər Klubu"- nun üzvləri ehtiyyaclı ailələrimiz üçün bayram şənliyi təşkil etdi. Uşaqların bayram əhvallarını daha da yüksəltmək üçün əllərindən gələni etdilər. Şəkillərdən də göründüyü kimi hər bir üşağın simasında təbəssüm yaratmaga çalışdılar. Onlarin sevincinə valideynləri də şərik oldu. Hər zaman bu kimi tədbirlərdə " Verbal" tədris mərkəzinin rəhbəri olan Aydan Məhərrəmli davamlı olaraq öz komandası ilə qoşulub dəstəyini əsirgəmir. Aydan xanımın bu addımı " Dayaq Könüllülər Klubu" tərəfindən təqdirə laiq qarşılanır. Beləcə şən əhvalla ailələrə sevinc bəxş edərək ilimizi başa vurduq. Var olun #Dayaq Könüllüləri !

