dayaq.az

Baxılıb : 1763 dəfə

NETTY2016-nın təşkil etdiyi müsabiqənin nəticəsinə əsasən bu gün qalibləri mükafatlandırılma mərasimi keçirilmişdir. Cəmiyyət kateqoriyası üzrə ekspertlərin səs çoxluğu əsasında Dayaq.az saytı (www.dayaq.az) ilk üçlüyə daxil olaraq, Asan xidmətin saytından sonra 2-ci yerə layiq görülmüşdür. Bu xoş xəbər münasibəti ilə bütün DAYAQ Könüllülərini təbrik edirik. Uğurlarımız çox olsun !

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.