Baxılıb : 1878 dəfə
Bir neçə vaxt əvvəl Sumqayıt şəhərində Lalə xanım Tağıyevanın təklifi üzrə, Dayaq Könülülər Klubu ilə Lalə xanımın birgə təşkilatçılığı əsasındaa "Sən də Dayaq ol" adlı xeyriyyə tədbiri keçirildi. Belə ki, tədbirə bir çox xeyriyyəçi insanlar, iş adamları dəvət olunmuşdu. Təşkil olunan bu sərgidə əl işləri, şirniyyatlar satışa çıxarıldı. Satışdan əldə olunan gəlir isə Bəyaz ananın ailəsinə və Aylinin ailəsinə yönəldildi. Tədbirdə iştirak edən xeyriyyəçilərə, iş adamlarına, Lalə xanıma, satışda iştirak edən, əziyyəti keçən hər kəsə həm ailələrimizin, həm də Dayaq adından öz təşəkkürümüzü bildiririk.


























