Baxılıb : 1881 dəfə
Bildiyiniz kimi dekabr ayından etibarən Dayaq olaraq ailələrə hər ay ərzaq yardımı etmək məqsədilə xeyriyyəçi insanların və könüllülərimizin dəstəyi üzrə kompaniyaya (hər ay 10 yaxud 20 azn dəyərində dəstək ) başlamışıq. Yanvar ayı üçün nəzərdə tutulmuş bu yardım aksiyamız xeyirlə nəticələndi. Belə ki, edilən yardımlara əsasən 1500 azn dəyərində ərzaq alınaraq 50 ehtiyaclı ailəmizə (çörək, makaron, vermişel, ət, əridilmiş yağ, maye yağ, çay, qənd, şəkər tozu, mərci, qarabaşaq, yumru düyü, uzun düyü) paylar paylanıldı. Ailələrimizin çətin günlərində onların təbəssümünə səbəb olduğunuz üçün həm onların adından, həm də Dayaq adından dəstək olan hər kəsə çox təşəkkür edirik ! Nə yaxşılıq, nə də pislik səssiz qalmaz, dəstəklərinizlə böyüyür yaxşılığın səsi...
Yaxşılıq əsla "yorğun" düşməz , BİZLƏR YAXŞILIQ üçün ÇALIŞMAĞA davam edəcəyik ...












