dayaq.az

Baxılıb : 1980 dəfə

" Dayaq Könüllülər Klubu" himayəsində olan ehtiyyaclı ailələrə yardım edən könüllü xeyirsevər dostları ilə birgə hesabat tədbiri keçirdi. 1 il ərzində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verildi və könüllülər təşəkkürnamə ilə təltif olundular. Onların köməyi nəticəsində 20785 azn-lik ərzaq yardımı, 6109 azn-lik təmir-tikinti işləri, 3219 azn-lik müayinə-müalicə işləri, 4490 azn-lik kirayə və kommunal ödənişləri, 2294 azn-lik məktəbli ləvazimatları və 26300 azn-lik stomatoloji yardım olunub. "Dayaq Könüllülər Klubu" tərəfindən 5 səfil həyat sürən insana dayaq olunmuşdur. Bu kimi işlərdə sıx birləşərək daha çox insana dayaq ola bilərik. " Dayaq Könüllülər Klubuna" bu işlərdə dəstək olan insanlara öz təşəkkürümüzü bildiririk. Çox sağ olun!