Baxılıb : 1770 dəfə
08.09.2017 tarixində Dayaq Könüllülər Klubunun və Verbal tədris mərkəzinin dəstəyi ilə, yeni məktəb ilinin başlüanması ilə əlaqədar gözəl bir tədbir həyata keçirildi.Dayaq Könüllüləri tərəfindən ehtiyaclı ailələrin üşaqlarından 29 uşağa 1737- manat məbləğində yeni məktəb forması və ləvazimatları alındı.Ofisimizdə yeni məktəb ilinin başlanması ilə bağlı bayram tədbiri keçirməyimiz uşaqların sevinci üzərinə sevinc gətirdi. Verbal tədris mərkəzinin rəhbəri olan Aydan xanımım təşəbbüsü ilə "Kamerton" reqs qrupunun rəqqasları və klounun tədbirimizdə yer alması uşaqları dahada əyləndirdi. Tədbirimizdə Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsinin də iştirak etməsi və Dayaq Könüllüləri Klubunun ünvanına dediyi xoş sözlər bizləri cox sevindirdi.Bütün əziyyəti keçən dostlarımıza, Sumqayıt İcra Hakimiyyətinə, Verbal tədris mərkəzinə dəstəklərinə görə minnətdarlığımızı bildiririk. Cox sağ olun!

