dayaq.az

Baxılıb : 2099 dəfə

Bakıda Azərbaycan İmplantoloqları İctimai Birliyinin təşkilatçılığı ilə İmplantoloqların VII Beynəlxalq Xəzər Konfransı keçirilib.

İki ildən bir keçirilən konfrans 27-29 oktyabr tarixində baş tutdu. Tədbirin əsas məqsədi Azərbaycanda stomatologiyanın inkişafına dəstək vermək və bu sahənin həkimlərinin intellektual və elmi-praktik səviyyəsinin təkmilləşdirilmək idi.

Dünyanın bir sıra ölkələrinin mütəxəssislərinin iştirak etdiyi tədbirdə, eyni zamanda, implantologiyanın aktual problemləri də müzakirə olunub.

Keçirilən sərgidə DAYAQ Könüllülər Klubu iştirak edərək, ictimaiyyəti klub fəaliyyəti barədə məlumatladırdılar. Klubun fəaliyyəti barədə hazırlanmış video və foto çarxlar nümayiş olundu. DAYAQ-ın loqosu olan qələm və breloklar satışa təqdim olundu. Satış zamanı 462 Azn məbləğ yığılaraq xeyriyyə məqsədi ilə xərcləndi.

DAYAQ Könüllülər Klubu üçün yaratdıqları şəraitə görə, başda Cabbar Həsənov olmaq sürəti ilə bütün idarə heyətinə təşəkkürümüzü bildiririk.

Yardım və dəstəkləriniz üçün əlaqə vasitələri ( həmçinin səhifənin məktub qutusu) :
Telephone: 018-655-17-11 
Mob: (070-050) 440- 32-55 
E-mail: [email protected] 
Sayt: www.dayaq.az
https://www.instagram.com/dayaq_konulluler_klubu
Bank Hesabı:
Bank Respublika ASC Sumqayıt filialı 
Kod: 504777 
VOEN: 9900001901 
M/h: AZ80NABZ01350100000000014944 
SWIFT: BRESAZ22 
Adı / Name: Elchin 
Soyadı / Name: Huseynov