Baxılıb : 1895 dəfə
" Halal Nemət 1000 bərəkət" şirkətinin təşkilatçılığı altında yeni il bayramı münasibəti ilə əlaqəli bir çox aztəminatlı və imkansız o cümlədən də " Dayaq Könüllülər Klubu" - nun himayəsində olan 6 ailəyə hər biri 120-azn dəyərində ərzaq və 20- azn nəğd pul yardımı edildi. Bu xeyriyyə məqsədi ilə keçirilən təşəbbüsə bir neçə xeyirsevər insanlar qoşulub. Şəhriyyar bəy başda olmaqla, Xəzər Məmmədov, Ləman Rzayeva, Oktay Aysel cütlüyü, Gövhər, Bənövşə, Günay xanım gözəl və xeyirli işlə ehtiyyaclı ailələri sevindirdilər. Bayram günlərində ailələrin bayramına bir bayram da qatdıqları üçün " Halal Nenət 100 bərəkət" şirkətinə həmçinin də, adı çəkilən xeyirxah dostlara " Dayaq Könüllülər Klubu" adından minnətdarıq. Var olun!

