Baxılıb : 1973 dəfə
"Dayaq Könüllülər Klubunun" nəzdində olan böyük layihə - "Stomatoloji Dayaq" həmişə olduğu kimi davam etməkdədir. Ehtiyyaclı insanlara gözəl təbəssüm bəxş etməkdə bizə yardım edən stomatoloqlarımız hər zaman əməklərini əsirgəmirlər. Bu həkimlərdən biri də, Dr. Elnur Rzayevdir. Belə ki, o himayəmizdəki ailələrdən olan Samirə xanımın dişlərindəki probleminin həllini öz üzərinə götürdü. İlk öncə xanımın ağız boşluğu müayinə və müalicə olundu, sonra ona 14 metal - keramika düzəldi. Bu yöndən ona yardım edən texniklərimiz Asif Səmədov metal, Əlisəfa Paşayev isə keramika hissəsini işlədi. Beləliklə pasiyentin dişlərindəki problemin həllində təmənnasız olaraq köməklik görsədən Dr. Elnur Rzayev başda olmaqla, texniklər Asif Səmədov və Əlisəfa Paşayevə Dayaq ailəsi adından təşəkkür edirik. Çox sağ olun!

