dayaq.az

Baxılıb : 1507 dəfə

Bu yaxınlarda Oqtay yenidən Dayaq könüllüləri tərəfindən çimizdirildi, üzü və saçları təraş edildi, tamamilə yeni paltarlarla təmin olundu, yaralarının sağalması üçün tibbi yardım göstərildi. Bildiyiniz kimi Oqtay uzun müddət idi ki, küçədə yaşayırdı. Vəziyyəti olduqca ağır və natəmiz idi. Həmçinin o spirtli içki qəbul edirdi, ancaq Dayağın dəstəyi üzrə ona edilən yardım nəticəsində artıq spirtli içki qəbul etməyəcəyinə söz verdi. Uzun müddət küçələrdə soyuq və şəraitsiz , antisanitar yerlərdə yaşadığı üçün vərəm xəstəliyinə yoluxmuşdu. Buna görə də Oqtay Vərəm əleyhinə Dispanserə yerləşdirildi. Xəstəxanaya yerləşdirilməsi adının vurğulanmasını istəməyən bir həkimin yardımı ilə oldu. Xəstəxanaya yerləşdirilməsində yardımcı olan həkimə və həmçinin Oqtay üçün əziyyət çəkən, əmək verən Dayaq könüllülərinə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun !