Baxılıb : 1754 dəfə
Fəridə ana qızı Aişənin xəstəliyindən dolayı illərlə onun qayğısına qalıb qulluq etmişdir. Bütün ömrünü xəstə qızına fəda etmiş bir ana, aylar öncə yıxılaraq bud-çanaq oynağının sınması nəticəsində ağrılı-acılı yatağa məhkum olunmuşdur. Maddi sıxıntı içində olduqları üçün ailənin onu əməliyyat elətdirməyə imkanı catmırdı. Öncəki paylaşımlarımızın birində əməliyyat üçün 5000- azn vəsait lazım olduğunu vurğulamışdıq. Ailə xeyirsevər insanlardan kömək gözləyirdi. Nəhayət ki, Fəridə anaya kömək edən oldu. " Dayaq Xeyriyyə Cəmiyyətinin" və xeyriyyəçi dostların sayəsində 5000-azn pul toplanaraq əməliyyat həyata keçirildi, Fəridə ananın ağrilarına son qoyuldu. Fəridə ana gülərsə qızı Aişədə gülər. Yardım əlimizi hər zaman uzadaq ki, daha çox insan sevinsin. Dəstək olub əməyi keçən hər bir insana Dayaq ailəsi adından öz dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun!

