Baxılıb : 1431 dəfə
Adının vurğulanmasını istəməyən xeyriyyəçi bir xanım hər ay qeydiyyatımızda olan iki ailəmizə - Elnarə və Tamilla ananın ailəsinə ərzaq alaraq onlara yardım edir. Yer üzündə bir çox insan sevinmək üçün kiçikdə olsa bir bəhanə axtarır, sadəcə onları tapıb paylaşmaq lazımdır ki, onlar da bizim paylaşdıqlamızla sevinsinlər... Hər ay iki ailəmizlə sahib olduğunu paylaşaraq onlara sevinc bəxş edən gözəl insana biz də öz dərin təşəkkürümüzü bildiririk. Yaxşı ki, sizlər varsınız...

