dayaq.az

Baxılıb : 1480 dəfə

Bildiyiniz kimi Dayaq olaraq hər ay ailələrə ərzaq yardımı etmək məqsədi ilə xeyirsevər və könüllü insanların dəstəyi ilə 10 və yaxud 20 azn aksiyamıza başlamışıq. Günü- gündən möhkəmlənərək hər ay 50 ailəmizə yardımlar olunur. Artıq bu bizim birgə etdiyimiz 6- cı mütəmadi yardım aksiyamızdır. Ümid edirəm ki, sizlərin sayəsində bu yardımlarımızı daha da artıracayıq. Aprel ayı üçün olan yardımımız uğurla nəticələndi. 1750 azn dəyərində 50 ehtiyaclı ailəmizə ərzaq paylanıldı. Ailələrimizə hər ay bu yardımı etdiyiniz üçün həm Dayaq həm də ailələrimiz adından öz dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun! Bizlər ehtiyaclı insanları sevindirmək naminə çalışacayıq.