Baxılıb : 1609 dəfə
"Stomatoloji Dayaq" Layihəsi davam edir...
Himayəmizdəki ailələrdən olan Məmmədova Nərgiz xanımın dişlərinin müalicəsi haqqında məlumat : Nərgiz xanımın dişləri Dr. Şəhriyar Hüseynov tərəfindən müayinə olunduqdan sonra onun üst çənədə total protezə ,alt çənədə isə "overdenture" metodu olan protezə ehtiyacı olduğu müəyyənləşdi. Hal-hazırda pasiyentin çəkilməyə ehtiyacı olan dişləri çəkilərək yerinin sağalması gözlənilir. Layihəmizdə könüllü olaraq iştirakçı olan Dr. Şəhriyar Hüseynov və dişlərin hazırlanmasında texniki yöndən çalışan texnik Təhrimaz Zeynalov Nərgiz xanımın dişlərindəki problemləri həll edəcək.
Dayaq Könüllülər Klubu adından və Nərgiz xanımın adından Dr. Şəhriyar Hüseynova və texnikimiz Təhrimaz Zeynalova öz dərin minnətdarlığımızı bildiririk. Dəstəyiniz üçün çox təşəkkür edirik hər birinizə !




