Baxılıb : 2195 dəfə
21.05.2016 tarixində Dayağın əməkdaşlarından olan EDAD-ın Jumeriah Oteldə təşkil etdiyi "2-ci Beynəlxalq Estetik Diş Həkimliyi Konqresi"ndə Dayağın nümayəndələri də iştirak etmişdir. Belə ki, xeyriyyə işlərində daim bizə dəstək olan EDAD, tədbirin təşkilatçısı olaraq iki gün ərzində keçirilmiş konqresdə bizim üçün təmənasız gördüyümüz işlərin tanıtım və təqdimatı üçün yer ayırmışdır. Konqres zalında hər bir iştirakçıya Dayaq könüllülərinin könüllü blankı və bizim xeyriyyə cəmiyyətimizi tanıdan braşuralar verildi. Dayaq Könüllülər Klubunun daimi xeyriyyəçilərindən olan tanınmış implantoloq doktor Emil İmanov çıxışı zamanı bizim birlik haqqında məlumat verdi. O, Dayaq Könüllülərinin çox xeyirli və böyük işlər gördüyünü bildirib, iştirakçılara birliyimizə könüllü olmağı dəvət etdi. Tədbirdə bir çox həkimlərimiz bizim könüllümüz oldu.
Tədbirdə iştirak edən yerli və xarici qonaqlara saytımızı təqdim edərək gördüyümüz işlər haqqında məlumat verdik. Təqdimat zamanı bir çox iştirakçılarımıza ailələrə yardım məqsədi ilə Dayaq loqolu qələmlər satıldı.
Tədbirin sonunda Dayaq Könüllülər Klubu EDAD tərəfindən sertifikatla təltif edildi. Dayaq könüllüləri adından yaratdığı şəraitə və daimi xeyirli işlərdə bizə dəstək olduğuna görə EDAD-ın sədri Xəqani Hüseynova və bütün əziyyəti keçənlərə dərin minnətdarlığımızı bildiririk.














