dayaq.az

Baxılıb : 2202 dəfə

Bir neçə aylar öncə Elmira ananı "Dayaq Könüllülər Klubunun " üzvləri tapmışdılar. O, bomj şəklində uzun illər küçədə yaşayıb. Dayaq üzvləri Elmira ananı öz himayəsinə alıb, onu kirayə evlə təmin edib, lazımi olan şəraiti yaratdılar. Bütün zəruri ehtiyaclarını qarşıladılar. Budur aylar sonra Elmira ananın hər tərərfli dəyişməsini sizlərə təqdim edirik. Bu kimi xeyir işlərdə bizə dəstək olan, yardım edib öz köməyini bele ehtiyaclı insanlardan əsirgəməyən xeyirsevər və könüllü insanlara Dayaq ailəsi adından öz dərin minnətdarlığımızı bildiririk. Daim xeyir və savablı işlərdə daha sıx əhatə ilə, daha da çoxalaraq səfərbər olmağınız ümidi ilə sizə çox sağ olun deyirik!