Baxılıb : 1596 dəfə
"Stomatoloji Dayaq" Layihəsi davam edir...
Və ilk işlərdən biri olan ailələrimizdən Aygün xanıma göstərilən stomatoloji xidmətdən başlayaraq hər gün görülən işlər haqqında məlumat paylaşacağıq. Belə ki, Aygün xanımın dişləri müayinə olunduqdan sonra onun üst çənəsində müalicəyə ehtiyacı olan dişlər üçün keramikaya, alt çənədə isə protezə ehtiyac olduğu müəyyənləşdi. Layihəmizdə könüllü olaraq iştirak edən Dr. Azər Hüseynov və dişlərinin hazırlanmasında texniki yöndən çalışan Samir Nəzərov, Pərvin Məmmədov bu passiyentimizin dişlərindəki problemləri həll edirlər. Biz də Dayaq ailəsi adından və həmçinin Aygün xanımın adından ehtiyaclı olan bir insanın sağlam gülümsəməsinə səbəb olan bu gözəl fəaliyyətlərindən dolayı Dr. Azər Hüseynova və texniklərimiz olan Samir Nəzərovla, Pərvin Məmmədova öz dərin minnətdarlığımızı bildiririk. Var olun və çox sağ olun !


