FƏALİYYƏTİMİZ:

Xalidə anaya yardım

Xalidə anaya yardım
Haqqında bir neçə gün öncə paylaşım etdiyimiz , dəmir vaqonda yaşayan və oradan çıxması tələb olunan Xalidə ana bu gün kirayə mənzilə çıxarıldı. Adının vurğulanmasını istəməyən xeyriyyəçi bir şəxs Xalidə ananın 100 azn-lik kirayə pulunu ödədi, 20 azn yükdaşıma maşınına pul ödəyib yüklərini kirayə mənzilə daşıtdırdı, 10 azn-ə isə ərzaq alaraq Xalidə anaya çox böyük dəstək oldu. Biz də həmin xeyriyyəçi insana öz adımızdan və Xalidə ana adından öz dərin təşəkkürümüzü bildiririk. Həqiqətən Xalidə anaya çox böyük dəstək oldunuz ! Çox sağ olun.