Südabə anaya YARDIMIMIZ UĞURLA TAMAMLANDI
Qeydiyyatımızda olan, iki övladı ilə çətin vəziyyətdə yaşayan Südabə anaya bir neçə müddət bundan öncə qalmağa evi olmadığından Dayaq Könüllülər Klubunun vasitəçiliyi ilə xeyriyyəçi insanların dəstəyi üzrə Südabə ana və övladları üçün ev tikildi. Həmçinin Südabə anaya mütəmadi olaraq da yardım edilirdi. Yaxın günlərdə Südabə ana rayona - anasının yanına köçməyi qərara adı. Bu məqsədlədə Dayaq Könüllülərinin dəstəyi ilə ev satılaraq əldə edilən məbləğ Südabə anaya verilərək rayona yola salındı.
Bu günə kimi Südabə anaya və övladlarına yardım edən hər bir kəsə Dayaq Könüllülər Klubu və Südabə ana adından öz dərin minnətdarlığımızı bildiririk.

