dayaq.az

Baxılıb : 1616 dəfə

Dayaq Könüllülər Klubunun dəstəyi nəticəsində günlərlə küçədə, soyuq havada qalan iki bacıdan biri -Elmira xanımı bu yaxınlarda Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildi. Belə ki, Elmira xanımın xəstəxanaya yerləşdirilməsində bizə dəstək olan Sumqayıt şəhərinin baş psixiatrı Dr. Mayıl Tağıyevə və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında çalışan Dr. Orxan bəyə öz dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.