FƏALİYYƏTİMİZ: Orucova Əntiqə

Əntiqə nənə əməliyyat olundu

Əntiqə nənə əməliyyat olundu
Bildiyiniz kimi Əntiqə nənə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Belə ki, onun əməliyyata ehtiyacı vardı, ancaq maddi imkanı əməliyyat ehtiyacını qarşılayacaq qədər deyildi (tənha qadındır). Xeyirsevər insanların yardım və dəstəyi üzrə Sumqayıt Onkoloji xəstəxanasında Nizamı doktor tərəfindən Əntiqə nənə əməliyyat olundu (süd vəzisindən) . Hal-hazırda vəziyyəti yaxşıdır və o öz evindədir. Dəstəkləri üçün xeyirsevər insanlara və Nizami doktora öz dərin minnətdarlığımızı bildiririk. Təşəkkürlər.