dayaq.az

Baxılıb : 1691 dəfə

Hər zaman olduğu kimi xeyir işlərə vəsilə olan " Dayaq Könüllülər Klubu " himayəsində olan aztəminatlı ailələri düşünərək, onların xoş güzəranlarını təmin etməyə çalışırlar.Bütün bayramlarda eləcə də Ramazan ayı ərəfəsində ailələri bir yerə toplayaraq iftar süfrələrini təşkil etməklə onları sevindirirlər. Təşəbbüsümüzə il bə il bir çox yardımsevər dostlar qoşulur. Bu Ramazan bayramı üçün də xeyirsevər insanların səyi ilə iftar süfrələrimizə start verdik. Dünənki itar süfrəsini VİP Dental mərkəzinin xeyirsevər həkimlərindən olan Nail Hüseynov təşkil etdi. Şəkillərdən də göründüyü kimi ailələrin məmnunluğu üzlərinə çöküb. " Dayaq Könüllüləri " adından doktorumuzu bu təşəbbüsünə görə alqışlayıb şox sağ olun deyirik !