Baxılıb : 1830 dəfə
Bu gün Dayağın himayəsində olan ailələrin məktəbli balacaları üçün məktəb geyimləri və ləvazimatları alındı. 14 uşağın məktəb üçün olan ehtiyacları qarşılandı. Bu xeyxirxah əməli edən insan adının vurğulanmasını istəmədi. Biz də Dayaq ailəsi adından və sevincli balacalar adından o insana öz dərin təşəkkürümüzü bildiririk. Paylaşmaq çox gözəldir... Mərhəmətə, yaxşılığa ehtiyac duyan insanların və ən çox da uşaqların üzlərində təbəssüm yaratmaq üçün bu yoldayıq. Onlar gülümsədiyində paylaşmağın həqiqətən gözəlliklər yaratdığını görürük.

















