Baxılıb : 1670 dəfə
Öncəki paylaşımda Aytəkin Gültəkin bacılarının gözlərinin əməliyyata ehtiyyac olduğu barədə sizlərdən yardım etməyiniz üçün müraciət etmişdik. Lakin tez bir zamanda bu əməliyyatı Oksigen klinikasının həkimi Cahid Şahbazov təmənnasız olaraq heyata keçirdi. Əməliyyat sonrası müalicə almaları mütləq olduğundan, xeyirsevər stomatoloq dostumuz 200-azn onların dərmanları üçün pul ödədi. Hal-hazırda əkizlərin vəziyyətləri normaldır və davamlı müalicə alırlar. Atdıqları bu gözəl addıma görə Dr. Cahid Şahbazova və stomatoloq dostumuza Dayaq ailəsi adından minnətdarıq. Cox sağ olun!

