Baxılıb : 1936 dəfə
Stomatoloji Dayaq" Layihəsi davam edir...
Himayəmizdə olan ailələrdən Həqiqət xanımın dişlərinin müalicəsi haqqında məlumat:
Belə ki, Həqiqət xanımın dişləri müayinə olunduqdan sonra onun üst çənəsində öz istəyi üzrə 13 dişə keramika düzəldiləcək (14-24 arası körpü). Hal-hazırda 11, 12, 22 və 23-cü dişlər müalicə edilib və 2-ci gündən etibarən ölçülər götürələrək keramikası hazırlanacaq. Layihəmizdə könüllü olaraq iştirak edən Dr. Nadir Quliyev və dişlərin hazırlanmasında texniki yöndən çalışan Rəvan Məmmədov bu passiyentimizin dişlərindəki problemləri həll edir. Biz də Dayaq ailəsi adından və həmçinin Həqiqət xanımın adından bu gözəl fəaliyyətlərindən dolayı Dr. Nadir Quliyevə və texnikimiz Rəvan Məmmədova minnətdarlığımızı bildiririk. Çox sağ olun !



