dayaq.az

Baxılıb : 1998 dəfə

"Stomatoloji Dayaq" Layihəsi davam edir...
Himayəmizdə olan ailələrdən Qabil Məhərrəmovun dişlərinin müalicəsi haqqında. Belə ki, Qabil bəyin dişləri Dr. İqbal Cəfərov tərəfindən müayinə olunduqdan sonra onun üst çənəsində dişlərin çəkilərək protezə, alt çənədə isə sağ və sol tərəfdən keramika körpülərə ehtiyacı olduğu müəyyənləşdi. Layihəmizdə könüllü olaraq iştirakçı olan Dr. İqbal Cəfərov və dişlərin hazırlanmasında texniki yöndən çalışan texnik Fazil Abdullayev bu passiyentimizin dişlərindəki problemləri həll edəcək. Qabil bəyin diş müalicəsi davam edir.
Dayaq Könüllülər Klubu adından və Qabil Məhərrəmov adından ITEA Medical Cluba, oranın baş həkimi olan Dr. Elxan Əliyevə və dişlərin müalicəsi ilə məşğul olan Dr. İqbal Cəfərova, eyni zamanda texnikimiz Fazil Abdullayevə öz dərin minnətdarlığımızı bildiririk. Çox təşəkkür edirik hər birinizə !